Bakı və İrəvan arasında... – Kremldən açıqlama

14:18 24 Aprel 2023

Azərbaycan və Ermənistan arasında normallaşma üçün əlavə səylər göstərilməlidir.

Sitat.info xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov 23 apreldə Azərbaycan DSX-nin Laçın yolunun girişində, Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsi qurması barədə deyib.

“Əlaqələri davam etdiririk. Situasiya, həqiqətən, sadə deyil, o, əlavə səylər, ən əsası sazişlərin həyata keçirilməsinə alternativin olmadığını başa düşməyi tələb edir”, - o bildirib.

Peskov vurğulayıb ki, Rusiya öz vasitəçilik səylərini davam etdirir, əsasən də üçtərəfli sənədlərlə nəzərdə tutulan öhdəliklərini icra edir.



Xəbər xətti