“Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailələrinə bir xəbər verilməlidir”

19:36 24 Aprel 2023

“Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailələrinə bir xəbər verilməlidir”.

“Report”un Fransa bürosu bildirir ki, bu fikirləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bu gün işə başlamış yaz sessiyası zamanı söyləyib.

Onun sözlərinə görə, bütün müharibələrdə olduğu kimi, Birinci Qarabağ müharibəsi zamanı da itkin düşənlər olub: “Ailələri onların başına nə gəldiyini bilməlidirlər”.

Baş katib həmçinin Avropa Şurasının ölkələr arasında inamın yaranması üçün aktiv fəaliyyət göstərdiyini deyib.

“Azərbaycan ilə Ermənistan arasında mart ayında keçirilən İstanbul görüşünün davamı olmalıdır. Biz iki ölkə arasında inamın bərpa olunması sahəsində fəaliyyətimizi davam etdirməliyik”, - o qeyd edib.



Xəbər xətti