Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sitat.info reporta istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan 2 minik avtomobilinin toqquşması nəticəsində 1948-ci il təvəllüdlü Vaqif Qəhrəmanov, 1994-cü il təvəllüdlü Validə Məmmədova və daha bir nəfər xəsarət alıb.
Onlar Gəncə şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər. Zərərçəkənlərdən V.Qəhramanovun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.