Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sevastopolda pilotsuz təyyarələrlə Rusiyanın Qara dəniz donanmasına hücumunun təminatları pozduğunu və Qara dəniz taxıl sazişinin uzadılmasını təhlükə altına atdığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nazirlikdən edilən açıqlamada, Ukraynanın ötən ilin oktyabrında pilotsuz dəniz nəqliyyat vasitələri ilə Qara dəniz taxıl dəhlizinin təhlükəsizliyini təmin etmək vəzifəsi daşıyan Rusiyanın Qara Dəniz Donanmasının gəmilərinə və mülki gəmilərinə qarşı “terror hücumu” həyata keçirdiyi üçün Rusiya Ukrayna limanlarından taxıl məhsullarının ixracına dair sazişi dayandırdığı xatırladılıb.
“Yalnız Türkiyənin təminatları və Ukraynanın öz limanlarından və humanitar dəhlizindən Rusiyaya qarşı hərbi əməliyyatlarda istifadə etməmək barədə yazılı öhdəlikləri sayəsində bu müqavilə yenilənmişdi”, - deyə bəyanatda qeyd olunub.