Hirman: "Memorandum Azərbaycan ilə neft-qaz sahəsində əməkdaşlıq baxımından yeni səhifə açır”

15:15 25 Aprel 2023

“Bu gün Sofiyada imzalanan anlaşma memorandumu Azərbaycan ilə neft-qaz sahəsində əməkdaşlıq baxımından yeni səhifə açır”.

Sitat.info report-a istinadən xəbər verir ki, bunu Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.

K.Hirmanın sözlərinə görə, ötən il baş verən hadisələr Avropanın enerji təhlükəsizliyinə ciddi zərbə vurub və Rusiya qazından asılılığı üzə çıxarıb: “Bir qaz mənbəyindən asılılığın azaldılması bizim strategiyamıza uyğundur”.

Slovakiyanın iqtisadiyyat nazirinin sözlərinə görə, “Həmrəylik halqası” təşəbbüsü Avropanın enerji təhlükəsizliyini gücləndirməyə imkan verir.

"Hesab edirəm ki, bu gün imzalanan memorandum Azərbaycan ilə neft-qaz sahəsində əməkdaşlıq baxımından yeni səhifə açır. Azərbaycan bu sahədə mühüm və sınaqdan çıxmış tərəfdaşdır", - nazir bildirib.



Xəbər xətti