Vahid Əhmədovun yox, ermənilərin, rusların üstünə şığısınlar - Hərbi ekspert bəzi deputatlara səsləndi

16:35 25 Aprel 2023

"Vahid Əhmədovun yox, ermənilərin, rusların üstünə şığısınlar. Özümüzkünü 2 dəqiqədə vətənda xaini etmək asandır. Bacarırsansa Rusiyanın deputatlarına cavab ver. Tələb edin ki, Rusiya üzərinə düşəni yerinə yetirsin. Amma cəsarətiniz çatmaz".

Sitat.info xəbər verir ki, bu sözləri Sitat TV-nin efirində hərbi ekspert Üzeyir Cəfərov deyib. 

Ü.Cəfərov deputatın həmkarları tərəfindən linç edilməsini qınayıb: "Vahid Əhmədovun üstünə düşüblər ki, dövlətçiliyi, parlamenti gözdən salırsan, yığışıb linç edirlər. Deputat bir fikir deyib, kiminsə xoşuna gələr, kiminsə xoşuna gəlməz. Bu şəkildə bir nəfərin üstünə düşməklə özlərini gülünc vəziyyətə salıblar.  Vahid Əhmədov vicdanlı millət vəkillərindən biridir. İndi bir fikir səsləndirib. Bəzi deputatlar Vahid Əhmədovun üstünə düşüb, linç edirlər".

 Hərbi ekspert qeyd edib ki, deputatlar bu səylərini  Rusiya və İrana yönəltməlidirlər: "Vahid müəllimin özünün mövqeyi var, ağsaqqal adamdır. Nə olub, niyə belə basabas salmısız? Sanki bununla özlərini vətənpərvər kimi göstərirlər. Bunlar Vahid Əhmədovu cəzalandırsalar Qarabağ məsələsi də həll olacaq, İran məsələsi də həll olacaq. Vahid Əhmədov vicdanlı millət vəkillərindən biridir". 

Məğrur, 

Sitat.info



Xəbər xətti