"Hər bir sivil cəmiyyətdə deputat mətbuata, jurnalistə açıq olmaldır. Elman Nəsirov dan fərqli olaraq, Vahid Əhmədov parlamentdə daha cəsarətli çıxış edib, ölkədə olan problemləri daha düzgün çatdırıb"
Bu sözləri Sitat.info-ya bloqer Mehman Hüseynov Elman Nəsirovun açıqlamasına cavab olaraq deyib.
Mehman Hüseynov deputat Vahid Əhmədovla qalmaqala səbəb olan müsahibəsindən də danışıb: "Düşünürəm ki, millətin vəkili hər bir jurnalistə açıq olmalıdır. Mənim işim sual vermək idi, cavab verib, verməmək isə qarşı tərəfin öhdəsindədir. Vahid Əhmədov mənim suallarıma cavab verməyə bilərdi. Vahid Əhmədova bir daha təşəkkür edirəm ki, sualıma cavab verdi. Cəsarətli, vicdanlı deputat necə olmaldır, onu göstərdi. Digər deputatlara da çağırış edirəm ki, bu cür yadda qalsınlar, efirlərə çıxsınlar... Düşünürəm ki, mənim "Deputatlar bizneslə məşğul ola bilərmi?" sualım bəzi deputatları narahat edib. Vahid Əhmədov bu sualıma cavab olaraq bildirdi ki, kifayət qədər deputat bizneslə məşğul olur".
Məğrur,
Sitat.info