Konqo Demokratik Respublikasının cənubundakı Lualaba əyalətinin mərkəzi Kolvezi şəhərindəki katolik məktəbində yanğın baş verib.
Sitat.info Tgrt Haber-ə istinadən xəbər verir ki, məktəbin yataqxanasında başlayan yanğının daha sonra məktəbin ibtidai və orta təhsil binalarına keçdiyi öyrənilib. Onlarla məktəbli qız alovdan xilas olmaq üçün təxminən 3 metr hündürlükdən damdan tullanıb.
Ən azı 97 şagirdin xəstəxanaya yerləşdirildiyi, 30 şagirdin isə bədənində sınıq olduğu bildirilib.
Yanğının səbəbi hələ məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlayıb.
Kongo Demokratik Cumhuriyeti’ndeki bir okulda çıkan yangında onlarca kız öğrenci çatıdan atladı. Olayda en az 97 öğrencinin yaralandığı belirtildi. — TGRT HABER (@tgrthabertv) April 25, 2023