Qərb Rusiya taxılının dünya bazarına çıxmaması üçün hər şeyi edir - Lavrov

23:13 25 Aprel 2023

"BMT-nin Rusiya taxılının ixracını dünya bazarına qaytarmaq üçün bütün səylərinə baxmayaraq, bu baş vermədi. Çünki Qərb Rusiyanın qarşısını almaq üçün hər şeyi edir."

Sitat.info xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 Lavrov çıxışında bir neçə məsələ barədə danışıb:

 - Sudanda baş verənlər faciədir, indi ölkədə diplomatlar üçün real təhlükə yaradılıb. Moskva vəziyyətin inkişafını izləyir;

 - Dünya bazarında ammiak gübrələrinin kəskin çatışmazlığı var. Rusiya bunu kompensasiya edə bilərdi, lakin Qərb buna imkan vermir;

 — Taxıl müqaviləsi dalana dirənib;

 — Qərb Rosselxozbankı yenidən SWIFT-ə qoşmaq fikrində deyil;

 - Aİ öz üzvlərinin təhlükəsizliyinə görə məsuliyyəti NATO-ya həvalə edib;

 — Qorbaçovun vaxtından bəri Qərb, Minsk razılaşmalarında olduğu kimi NATO-nun şərqə doğru genişlənməməsi barədə yalan danışır. İsveç və Finlandiya uzun müddətdir ki, alyansla əməkdaşlıq edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti