"Parlamentdə Vahid Əhmədova qarşı çıxış edənləri gördüm. İstənilən halda etik və xoşagələn deyildi. Bir çoxlarını da tanıyıram, salam- əleykim də var. İnsani, hətta həmraklıq baxımından da xoş görünmədi. Olduqca tamaşa təsiri bağışladı və sifarişli idi. Mən hesab edirəm ki, dövlət adına zərərli bir addım idi. Güman edirəm ki, yarıyoldan qayıdarlar".
Bu sözləri Sitat.info-ya açıqlamasında AXP sədri Pənah Hüseyn deyib.
O bildirib ki, Vahid Əhmədovun bu hücumlardan sonra dik durması nümunəvi davranışdır: "Ümumumiyyətlə, burada İntizam Komissiyasında müzakirəyə çıxarılası bir məsələ yoxdur. Bu cür halların təkrarlanmasına yol vermək olmaz. Buna görə də seçkiləri tezləşdirmək lazımdır. Parlamentdə o qədər çıxışlardan sonra Vahid Əhmədovun dik durması, "dövlətimin və dövlətçiliyin yanındayam, nə edirsinizsə edin" deməsi şəxsən mənə çox simpatik gəldi. Bu da müsbət bir hal idi. O qədər hücumun qarşısında əzilməmək, sınmamaq bir nümunədir".
Məğrur,
Sitat.info