İsa Qəmbər: "Azərbaycan hər istiqamətdə diqqətli olmalıdır"

23:55 26 Aprel 2023

Laçında təxribatlar erməni separatçılar və ya Ermənistanda olan ifrat rövanşist qüvvələr tərəfindən həyata keçirilə bilər. 
Ən böyük ehtimal olunan istiqamət isə Moskvadır. Çünki sərhəd-keçid məntəqəsinin qurulması məsələnin yekuna doğru getməsinin əlamətidir və qısa müddətdən sonra hamıya aydın olacaq ki, Azərbaycan-Ermənistan münasibətləri yoluna düşdükcə Rusiyanın burada iştirakına heç bir əsas qalmır. Ona görə də Rusiya müxtəlif təxribatlarla mövzunun ayaqda qalmasına  maraqlı olacaq. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmamasına maraq edəcək. Ola bilər başqa qüvvələr də təsir göstərsin amma əsas həlledici hakim qüvvə Rusiya rejimidir və onlar hər cür təxribatlar törədə bilərlər".
Bu sözləri sitat.info-ya açıqlamasında İsa Qəmbər deyib.
O bildirib ki, Azərbaycan tərəfi hər istiqamətdə diqqətli olmalıdır: "Torpağımızı, insanımızı, əsgərimizi bu təxribatlardan bacardığı qədər qorumalıdır. Bir daha deyilir ki, sən burda olmaqla o deyil ki, bura sənin torpağındır. Bura mənim öz torpağımdır istənilən məntəqəsində postlarımı qurub bayrağımı ucalda bilərəm. 
Hazırki istiqaməti öyrənmək üçün daha çox informasiyaya ehtiyyac var.  
Hazırda ən önəmli məsələ Qarabağda yaşayan ermənilərin seçim etməsidir. Onlar dərk etməlidirlər ki, burda olmaqları Azərbaycan vətəndaşlığını yenidən qəbul etmək deməkdir.  Çünki onlar nə zamansa Azərbaycan vətəndaşı olublar. Başa düşməlidirlər ki, burada qalmanın yolu Azərbaycan vətəndaşlığını bir daha təkrar qəbul etməkdən keçir. Buna nail olmaq lazımdır. 

Digər bir məsələ isə Zəngəzur dəhlizinin açılması, burada postlarımızın qurulması, həm xarici, həm də öz vətəndaşlarımız üçün yoxlamaların aparılmasıdır".

Seymur,
Sitat.info 



Xəbər xətti