Braziliyanın federal məhkəməsi mesajlaşma xidməti neonasist qruplarının administratorları haqqında məlumatı polislə bölüşməkdən imtina etdikdən sonra Telegram-a müvəqqəti qadağa qoyub.
Sitat.info xəbər verir ki, Braziliya Kəşfiyyat İdarəsinin bəyanatına görə, Google, Apple və dörd Braziliya telekommunikasiya şirkətinə Telegram-ı tətbiq mağazalarından və digər platformalarından silmək əmri verilib.
Telegram məlumatları təqdim etməkdən imtina etdiyi müddətcə gündə 198 min dollar cərimələnəcək.
Polis tərəfindən Telegram-a edilən məlumat sorğusunda, zorakı ölümləri əks etdirən videoları, bomba hazırlama videolarını, azlıqlara qarşı nifrət təbliğ edən materialları paylaşdığı ifadə edildi.
Seymur Bənnayev
Sitat.info