İran Azərbaycanın şimal sərhədində “qovşaq” açır

10:57 27 Aprel 2023

İran Dağıstanı regionunu aviasiya qovşağı kimi görür.

Axar.az xəbər verir ki, bu barədə Dağıstan hökumətindən məlumat verilib.

“İran tərəfi Dağıstanda aviasiya qovşağının açılmasını, o cümlədən təyyarələrin və ehtiyat hissələrinin təmiri üzrə müəssisənin yaradılmasını və yük qovşağının təşkilini təklif edib. İran ərazi yaxınlığına görə Dağıstanda sözügedən obyektin yaradılmasını təklif edir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Dağıstanın Baş naziri Əbdülmüslim Əbdülmüslimovla İranın “Pars Golden Sky” səhmdar cəmiyyətinin nümayəndələri arasında görüş keçirilib.



Xəbər xətti