Rusiyanın Ukraynanın Mikolayev şəhərinə gecə saatlarında həyata keçirdiyi raket hücumları nəticəsində 1 nəfər ölüb, 23 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Ukrayna Ordusunun Cənub Əməliyyat Komandanlığından verilən açıqlamada gecə saatlarında Qara dənizdən atılan raketlərlə Mikolayev şəhərinin müxtəlif nöqtələrinin vurulduğu bildirilib. Komandanlığın açıqlamasına görə Mikolayev şəhərinə 4 raket atılıb.
Son məlumata görə, hücum nəticəsində bir mülki şəxs həlak olub, biri uşaq olmaqla 23 nəfər yaralanıb.
Raketlərin vurduğu binalarda başlayan yanğın qrupların müdaxiləsindən sonra söndürülüb. Hücum zamanı bir bina tamamilə dağılarkən, bir tarixi bina və bir mənzilə ciddi ziyan dəyib.
Seymur Bənnayev
Sitat.info