Zaxarova Podolyakın "Rusiyanın regionlarını məhv etmək üçün Ukraynanın qanuni hüququ var" cümləsini ekstremist adlandırıb.
Sitat.info xəbər verir ki, Rusiya XİN nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidentinin müşaviri Mixail Podolyakın Ukraynanın Rusiya regionlarını məhv etmək üçün qanuni hüququna malik olması ilə bağlı bəyanatlarını səsləndirib.
Aprelin 25-də Ukrayna telekanalının efirində Podolyak bildirib ki, Kiyev qanuni olaraq Krım, Luqansk, Donetsk qondarma xalq respublikaları, Zaporojye və Xerson vilayətlərinin ərazisində olan hər şeyi məhv etmək hüququna malikdir.
"Bunu artıq hamı başa düşüb: məntiq sadəcə məhv etmək deyil, bu Kilyev rejiminin millətçi ideologiyasıdır" deyə Zaxarova münasibət bildirib.
Zaxarova vurğulayıb ki, dağıdıcı reydlər və dinc əhalinin amansızcasına məhv edilməsi - Kiyev rejiminin üsullarıdır.
"Bu dağıntılar Zelenski rejiminin Rusiyanın işğaldan azad etmək niyyətində olduğu rayonlara əslində necə davrandığını bir daha təsdiq edir. Onlar başa düşürlər ki, öz gücləri və imkanları yoxdur, məhv etməklə qorxutmaq özlərini ifşa edir".
Nərgiz,
Sitat.info