Tokayevdən Rusiyaya sərt sillə: Separatçılıq cəhdlərinizin qarşısını alacağıq...

15:09 27 Aprel 2023

Putinin siyasətinə rəğbət bəsləyən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “xarici informasiya müharibələri”ni əsas gətirərək ölkədə separatizm cəhdlərinin qarşısını ciddi şəkildə alacağını bildirib.

Sitat.info xəbər verir ki, Qazaxıstan prezidenti bu sözlərlə Rusiyaya cavab verib. 

Təsadüfi deyil ki, Tokayevin açıqlaması iki rus təbliğatçısının Qazaxıstanın şimalını “tarixi rus torpaqları” adlandırdığı bir vaxta təsadüf edib.

Belə ki, "Komsomolskaya Pravda"nın təbliğatçısı bildirmişdi ki, Ukraynadakı vəziyyət Qazaxıstana açıq şəkildə əks olunur. Orada rusdillilərin də yaşadığı nəhəng ərazilər var. Sonra digəri soruşur ki, Rusiya Federasiyası "Ukrayna ssenarisinə görə" Qazaxıstandan əraziləri ala bilərmi?"  "Komsomolskaya Pravda"nın təbliğatçıs cavab verir ki, bizim bu torpaqlara tarixi haqqımız var. Bura sənaye rayonudur. Bu, bizim əcdadlarımızın saldığı şəhərlərdir... Biz onları niyə hədiyyə etmişik?"

Bu isə açıq aşkar Rusiyanın ərazi iddiası deməkdir. 

Nərgiz,

Sitat.info



Xəbər xətti