Ərdoğanın son durumu necədir?

15:40 27 Aprel 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son durumu açıqlanıb.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun danışıb:

"O, son dərəcə güclü, qüdrətli, sağlam şəkildə vəzifə başındadır. Allah izn versə, hələ uzun müddət bu ölkəni idarə edəcək".

Xatırladaq ki, Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Bu səbəbdən verilişə fasilə verilib.



Xəbər xətti