Zaqatalada körpə tənəffüs yolunda alça qalması nəticəsində ölüb

19:45 27 Aprel 2023

Zaqatala rayonunda 3 yaşlı körpə bədbəxt hadisə nəticəsində ölüb.

Sitat.info xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 2020-ci il təvəllüdlü David Bəşirov tənəffüs yolunda alça qalması nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti