Fransanın XİN başçısı Azərbaycan və Ermənistana səfərinin məqsədindən danışıb

12:37 28 Aprel 2023

"Biz bütün mübahisələrin danışıqlar yolu ilə həllini istəyirik”.

Sitat.info xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna “Armenpress”ə müsahibəsində deyib.

O bildirib ki, Fransa Avropa İttifaqı ilə birlikdə bu ideyaya sadiqdir: “Məhz bu çağırşı təkrarlamaq və danışıqları bərpa etmək üçün mən bu həftə Azərbaycan və Ermənistana səfər etdim”.

Xatırladaq ki, K.Kolonna İrəvanda səfərdədir.



Xəbər xətti