Prezident türkiyəli atletləri təltif etdi - Sərəncam

13:40 28 Aprel 2023

Prezident İlham Əliyev Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Sitat.info” xəbər verir ki, sərəncama əsasən, İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Cansu Bektaş

Qamze Altun

Nuray Güngör.

 



Xəbər xətti