"Rusiya ilə yalnız bu şərtlərlə masaya otura bilərik" - REZNİKOVDAN ŞOK AÇIQLAMA

14:37 28 Aprel 2023

Müharibə istər-istəməz danışıqlarla yekunlaşacaq. Ancaq bu indilərdə baş verməyəcək.
Ukrayna və Rusiya arasında sülh danışıqları gələcəkdə də davam edəcək. Əsas mövzu Rusiya Federasiyasının təslim olması şərtləri, təzminatların ödənilməsi qaydası və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi üsulları olacaq.

Sitat.info xəbər verir ki, bunu Kiyevdə mətbuat konfransında müdafiə naziri Aleksey Reznikov deyib.

Onun sözlərinə görə, onlar heç vaxt Rusiya ilə sülh danışıqlarına başlamaq məsələsinin müzakirəsi haqqında düşünməyiblər:

“Gələcəkdə Rusiyanın bizə gətirdiyi bütün bəlalara görə kompensasiyalar və beynəlxalq tribunalın qərarını necə həyata keçirməyi müzakirə edəndə danışıqlar masasına oturacağıq. Masaya yalnız buna görə otura bilərik.. Biz Moskvanın təslim aktını da müzakirə edəcəyik”.

Səid,
Sitat.info



Xəbər xətti