İlham Əliyev İrəvanda qələbə qazanan türkiyəli idmançıları Qarabağa dəvət edib

19:27 28 Aprel 2023

"İndi mən sizi növbəti dəfə Qarabağa dəvət edirəm. Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağa olsun".

Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib.

"Orada da görərsiniz ki, Şuşa şəhərində Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanır. Bu, xalqlarımızın qəlbində olan böyük sevginin təzahürüdür", - dövlət başçısı vurğulayıb.



Xəbər xətti