Cəlilabadda üç uşaq anası intihar edib

22:30 28 Aprel 2023

Cəlilabad rayonunun Xanəgah kəndində 35 yaşlı qadın intihar edib.

Sitat.info Reporta istinadən xəbər verir ki, kənd sakini, 1988-ci il təvəllüdlü Səfiyə Tanrıverdiyeva yardımçı tikilidə özünü asıb.

Məlumata görə, mərhumun üç övladı var.

İntiharın səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti