Bayden: “Ukraynalı qaçqınları qucaq açıb qarşılayacağıq"

08:33 15 Mart 2022

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden bildirib ki, Birləşmiş Ştatlar Ukraynanın Rusiyanın işğalından qorunmaq üçün silahlara malik olmasını təmin edəcək.

 

SİTAT.İNFO xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə tviterdəki səhifəsində yazıb.

 

"Biz Ukraynanın işğalçı Rusiya qüvvələrindən qorunmaq üçün silahlarının olmasının qayğısına qalacağıq. Biz ukraynalıların həyatını xilas etmək üçün pul, ərzaq və yardım göndərəcəyik. Ukraynalı qaçqınları qucaq açaraq qarşılayacağıq", - Bayden yazıb.

 

Xatırladaq ki, daha əvvəl Cozef Bayden Rusiyaya ABŞ dolları əskinaslarının ixracını, satışını və tədarükünü qadağan edən fərman verib.



Xəbər xətti