“Bu xəbər məni çox kədərləndirdi...”

09:40 29 Aprel 2023

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tərtər rayonunda üç azərbaycanlının minaya düşərək həlak olması ilə bağlı başsağlığı verib.

“Sitat.info” xəbər verir ki, bu barədə səfir öz tviter səhifəsində paylaşım edib: “Tərtər rayonu ərazisində tank əleyhinə minanın partlaması nəticəsində üç nəfərin həlak olması xəbəri məni çox üzdü. Ölənlərin yaxınlarına başsağlığı verirəm”.

Xatırladaq ki, Tərtər rayonunun Talış kəndi ərazisində ötən gün tank əleyhinə minanın partlaması nəticəsində “RPS Energy Ltd.” şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olub. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda cinayət işi başlanıb.

 



Xəbər xətti