Əliyev, Ərdoğan və xanımları festivala “Togg”la gəldilər

13:30 29 Aprel 2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbulda işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Texnofest-2023-ün keçirildiyi Atatürk Hava Limanına yerli istehsal olan “Togg” avtomobili ilə gedib.

Sitat.info xəbər verir ki, avtomobili Azərbaycan Prezidenti İlham Əliyev idarə edib.

Nəqliyyat vasitəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da olub.

Eyni zamanda avtomobildə Türkiyənin və Azərbaycanın birinci xanımları Əminə Ərdoğan və Mehriban Əliyeva da olub.



Xəbər xətti