Azərbaycan MN: "Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik"

20:35 29 Aprel 2023

"Aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik".

Sitat.info xəbər verir ki, bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Bu Ermənistanın növbəti dezinformasiyadır. Görünən odur ki, Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlər ciddi problem olaraq qalmaqdadır", - nazirlikdən əlavə edilib.



Xəbər xətti