Heydər Əliyev adına Beynəlxalq Hava limanında gərginlik yaşanıb. Belə ki, vətəndalar bir neçə gündür Naxçıvana bilet əldə etməyə çətinlik çəkirlər. Bileti olanlar isə dünəndən etibarən hava limanında qalıblar. 29 aprel tarixində gecə saat 2-də yola düşməli olan reys təxirə düşüb. Sərnişinlərə şəhər saat 8-də uçuş olacağı deyilsə də artıq günün ikinci yarısı olmasına baxmayaraq, hələ də insanlar hava limanında qalıblar.
Bu barədə Sitat.info -ya sərnişinlər məlumat verib.
Bildirilib ki, hava limanında sərnişinlər etiraz ediblər. Onlar reyslərin təxirə salınmasının əsaslandırılmasını tələb ediblər.
Etirazdan sonra gərginlik yaşanıb.
Sitat info həmin görüntüləri təqdim edir:
Məğrur,
Sitat.info