Türkiyə-Ermənistan sərhədi açılsa, İrəvan nə qazanacaq

10:55 1 May 2023

İrəvan Ermənistan-Türkiyə sərhədinin açılmasından əldə edəcəyi ilkin mənfəəti hesablayıb. Belə ki, Marqara keçid məntəqəsi vasitəsilə Türkiyəyə birbaşa yükdaşımalara başlanması malların yolda sərf etdiyi vaxtı, yanacaq xərclərini azaldacaq və ixrac həcmini artıracaq. Üstəlik, erməni daşıyıcıları üçüncü ölkələrə tranzit üçün pul ödəməli olmayacaqlar.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

“Sərhəd açılsa, Ermənistandan Türkiyəyə və əks istiqamətdə yük daşımaları üç istiqamətdə həyata keçirilə bilər: Axurik (Şirak rayonu), Marqara (Armavir rayonu) və Quşakert (Armavir rayonu) vasitəsilə. Marşrutun bu 3 istiqamətdə hansından keçəcəyi hələlik məlum deyil, konkret marşrutlar müəyyənləşdikdən və sərhəd rəsmən açılandan sonra məsələyə aydınlıq gətiriləcək. Bu istiqamətdə işlər hələ də davam etdiyi üçün sərhədin açılmasının faydaları ilə bağlı yekun hesablamalar yoxdur. Ancaq faydaları artıq göz qabağındadır. İrəvan-Marqara-İstanbul marşrutu ilə yüklərin daşınması zamanı yük maşınının yolda sərf etdiyi vaxt, eləcə də yanacaq xərcləri azalır. Hazırda Türkiyədən Ermənistana və geriyə yük maşınları İrəvan-Bavra-Axalkalaki-İstanbul marşrutu ilə hərəkət edir, marşrutun uzunluğu 1755 km-dir. Nəzərə alsaq ki, İrəvan-Marqara-İstanbul yolunun uzunluğu 1570 km-dir”, - məlumatda deyilir.

Nazirlik hesablayıb ki, yeni marşrutla yüklərin daşınması zamanı çəkisi 40 ton olan yük maşını gediş vaxtını təxminən üç saat, yanacaq sərfiyyatını isə 75 litr azaldacaq (dizel yanacağının bugünkü qiymətləri ilə - 37,5 min dram və ya təxminən 100 dollar).



Xəbər xətti