Azərbaycanda yeni agentlik yaradılır.
Sitat.info-nun əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəznində Elm və Təhsil Agentliyi yaradılır. Agentlik bir müddət bundan əvvəl Prezidentin sərəncamı ilə Təhsil nazirliyinə birləşdirilən Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə bağlıdır. Yeni agentliyə artıq bina da ayrılıb. Agentliyin binasının Bakı Şəhəri Nərimanov rayonu ərazisində olduğu bildirilib.
Məsələ ilə bağlı Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlasaq da, o zənglərimizə cavab vermədi.