Türkmənistanda prezident seçkilərinin qalibi açıqlanıb

12:10 15 Mart 2022

Sərdar Berdiməhəmmədov Türkmənistanda keçirilmiş prezident seçkilərində 72,97 faiz səs toplayaraq qalib gəlib.

Trend-in məlumatına görə, bu barədə Türkmənistan Mərkəzi Seçki Komissiyasının yekun açıqlamasında deyilir.

Qeyd edək ki, Türkmənistanda prezident seçkiləri martın 12-də keçirilib. Seçkilərdə 9 namizəd iştirak edib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə seçici fəallığı 97,17 faiz təşkil edib.



Xəbər xətti