Əli Əsədov: “Ötən il yeni silahlar və texnikalar alınıb”

12:25 15 Mart 2022

“Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən əlillərə və şəhidlərin ailələrinə 2021-ci ildə 3 mindən çox mənzil təqdim edilib. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün büdcədən 354 milyon manat vəsait ayrılı”.

 Baş nazir Əli Əsədov bunu Milli Məclisin iclasında 2021-ci ilin hesabatını təqdim edərkən bildirdi. Hökumət başısı qeyd etdi ki, 2021-ci ildə Azərbaycan ordusunun inkişaf etdirilməsi istiqamətində addımlar atılıb: “Bu baxımdan, Komando qüvvələrinin yaradılmasını xüsusi qeyd etməliyik. Bu qüvvələrin yaradılması döyüş qabiliyyətinin artırılmasına gətirib çıxarıb. Ötən il yeni silahlar və hərbi texnikalar alınıb, ordumuzun maddi-texniki bazası gücləndirilib”.

Ə.Əsədov bildirdi ki, 2021-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 35.6 milyard ABŞ dollarına çatıb: “Strateji valyuta ehtiyatları 53 milyard dolları keçərək xarici dövlət borcunu 7 dəfə üstələyib. 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 25.4 milyard manat proqnoza qarşı 26 396,3 mln manat təşkil edib”.



Xəbər xətti