Qondarma Donetsk və Luqansk respublikalarının təxminən 260 min sakini Rusiyaya təxliyə edilib.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
Qeyd edilib ki, son sutka ərzində Ukraynanın sözügedən bölgələrindən Rusiyaya 11.6 min nəfər gəlib. Beləliklə, separatçı bölgələrdən Rusiya sərhədlərini keçənlərin sayı 259 mini ötüb.