Əhalinin DİQQƏTİNƏ: Bu ərazilərdə su kəsiləcək

11:50 2 May 2023

Bu gün Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarında, həmçinin Hacıqabul rayonunda su kəsiləcək.

Sitat.info bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, buna səbəb Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılmasıdır. Odur ki, paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.



Xəbər xətti