“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik I oxunuşda qəbul edildi

14:52 2 May 2023

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsinin inzibati vəzifələrin birinci təsnifatına daxil edilməsi barədə layihə I oxunuşda təsdiqlənib.

Sitat.info xəbər verir ki, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavinlərinin vəzifələri inzibati vəzifələrin ikinci təsnifatında yer alacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib./ Publika.az 



Xəbər xətti