Vahid Əhmədov Baş nazirə müraciət etdi - "Quba yolu..."

13:22 15 Mart 2022

Milli Məclisin plenar iclasında söz alan deputat Vahid Əhmədov Baş nazir Əli Əsədova müraciət etdi. O bildidi ki, Bakı-Quba yolu çox bərbad vəziyyətdədir: “Bu yolla gedib-gəlmək çox qeyri-mümkündür. Mən yolun təmiri ilə əlaqədar müəyyən dairələrlə söhbətlər aparmışam, deyirlər ki, alternativ yol çəkiləcək. Amma alternativ yolun çəkilməsinə xeyli vaxt var. Ona görə də mən sizdən xahiş edirəm ki, müəyyən vəsaitin ayırılmasına və yolun təmir olunmasına göstəriş verəsiniz”.



Xəbər xətti