"Vaşinqton Əliyevlə Paşinyanı görüşdürmək istəyəcək" - Elxan Şahinoğlu

17:50 2 May 2023

"Nə yaxşı ki, biz Laçında sərhəd-keçid məntəqəsini Vaşinqton göründən əvvəl qurduq. Sonra olsaydı, Vaşinqton görüşündən nəticə çıxmayacaqdı. Amma indi bu uğurla Vaşinqton görüşünə gedirik. Ermənistan da başa düşür ki, sərhəd-keçid məntəqəsi onun Qarabağa müdaxiləsi imkanlarını heçə endirir. Bu mənada xarici işlər naziri müəyyən irəliləyişlər əldə edə bilər".
Bu sözləri Sitat.info-ya politoloq Elxan Sahinoğlu deyib.
Onun sözlərinə görə, xarici işlər nazirlərinin görüşündən sonra  Vaşinqton Əliyevlə Paşinyanı görüşdürmək istəyəcək:

"Vaşinqton hiss eləsə ki, irəliləyiş var, sülh sazişinə yaxınlaşma var, mən ehtimal edirəm ki,  xarici işlər nazirlərindən sonra liderləri görüşdürmək istəyəcək. Prezident İlham Əliyevlə baş nazir Paşinyanı görüşdürmək istəyəcəklər ki, məsələlərə birdəfəlik nöqtə qoysun. Burada problem Rusiya ola bilər. Hər vəchlə mane olmağa çalışacaq. Çünki Rusiya Vaşinqtonun vasitəçiliyindən narazıdır və bunu pozmağa çalışacaq".

E.Şahinoğlu qeyd etdi ki, Kreml bunu Azərbaycan üzərindən poza bilməz, təsir imkanları yoxur, Ermənistan üzərindən pozmaq imkanlarını hərəkətə gətirə bilər: " Paşinyana birbaşa təsir etmək imkanı yoxdur, ancaq dolayı yolla ola bilər.  Diqqət edirsinizsə, Rusiya Ermənistana qazı dörd günlüyə dayandırıb. Siyasi təzyiq  edir. Yəni ki, Vaşinqtonun vasitəçiliyinə razı olma demək istəyir.  Əgər Nikol Paşinyan qətiyyət göstərsə, sülh sazişi bir neçə ayın içində imzalasa, Rusiyanın belə cəhdləri olmayacaq.  Çünki, Rusiyanın başı bu dəqiqə müharibəyə qarışıb".

Məğrur
Sitat.info



Xəbər xətti