Azərbaycan və Ermənistan Rusiyanın monopoliyasını qəbul etməmək xəttini götürüb" - Arif Hacılı 

18:18 2 May 2023


"Son dövrlərdə belə görünür ki, istər Azərbaycan, istərsə də Ermənistan Rusiyanın Qarabağ məsələsi ilə əlaqədar monopoliyasını qəbul etməmək xəttini götürüblər. Ermənistan buna məcbur olub, ancaq Azərbaycan isə beynəlxalq hüquq normalarına uyğun olaraq... Rusiyanın yox, Qərbin tutduğu mövqeyi ilə Azərbaycanın mövqe və mənafeləri uyğundur. Bu siyasət də buna görə yürüdülür. İstisna deyil ki, yaxın aylarda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın".

Sitat info xəbər verir ki, bu sözləri "LAF TV"-nin efirində Müsavat Partiyasının sədri Arif Hacılı deyib.

A.Hacılının sözlərinə görə, əsas şərtlərdən biri odur ki,  Qarabağdan əlisilahlılar çıxarılsın: "Bu 10 noyabr sazişində də öz əksini tapmış məsələdir. Azərbaycan ərazisindən erməni silahlı birləşmələrinin çıxması üçün 2020-i ilin dekabr ayının 1-ə qədər vaxt verilmişdi.  Sonradan aparılan müzakirələrdə  bu məsələ həll olunmalı idi. Ancaq Ermənistan tərəfi bunu həll etmədi. Əgər Ermənistanla  Azərbaycan arasında sülh sazişi bağlanacaqsa, siyasi iradə çatacaqsa, bu məsələnin arxasında ABŞ və Avropa İttifaqı dayanacaqsa, təbii ki, Qarabağda olan silahlı birləşmələr tərksilah olacaq".

Partiya sədri vurğuladı ki, Ermənistan vətəndaşının hərbi qulluqçu kimi  Azərbaycan ərazisində qalmasi həm Azərbaycan Konstitusiyasina, həm də Ermənistan Konstitusiyasına ziddir.

Məğrur,

Sitat.info



Xəbər xətti