Afrika sahillərində gürcü dənizçilər oğurlandı

19:01 2 May 2023

Mayın 2-nə keçən gecə Qabonun ərazi sularında lövbər salmış gəmidən iki gürcü dənizçi qaçırılıb.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan Dəniz Nəqliyyatı Agentliyinin məlumatında deyilir.

Məlumata görə, gəmidən ümumilikdə 3 dənizçi qaçırılıb.

Gürcüstanın müvafiq strukturları dənizçilərin əsirlikdən azad edilməsi üçün artıq gəminin sahibləri ilə birgə işə başlayıb./ Axar.az



Xəbər xətti