Qərbə qarşı bəyanat səsləndirmədim - Kaladze

19:53 2 May 2023

Mən anti-qərb bəyanatları səsləndirməmişəm.

Sitat.info xəbər verir ki, bu barədə Tiflis meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.

“Mənim anti-qərb bəyanatlarımdan heç olmasa bir misal göstərin. Dünənki çıxışımda anti-qərb bəyanatı olan nə var idi? “Milli Hərəkat” Qərbyönümlü çıxışlar edəndə bu, ən böyük bədbəxtlik olur”, - deyə Kaladze bildirib.

Qeyd edək ki, Kaladze Gürcüstan hakimiyyətinin ikinci cəbhə açmaqdan imtina etməsi səbəbindən Avropa Birliyi (AB) üzvlüyünə namizəd statusundan məhrum edildiyini söyləmişdi./ Axar.az



Xəbər xətti