Ukrayna Kiyevə atılan bütün “Şahid”ləri vurdu

10:21 3 May 2023

Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Kiyevə atılan bütün PUA-ları vurub.

Sitat.info xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyası məlumat yayıb.

“Bu dəfə Kiyevə ancaq dronlarla hücum edildi. İlkin məlumata görə, ruslar həmişəki kimi İranın “Şahid” PUA-larından istifadə ediblər. Düşmənin taktikası dəyişməz qalır və hücumlar qaranlıqda həyata keçirilir. Gecə saatlarında Rusiya müxtəlif istiqamətlərdən “Şahid”ləri işə salır. Hava hücumu nəticəsində paytaxtda tələfat və dağıntı yoxdur”.



Xəbər xətti