ABŞ-ın texnologiya nəhəngi International Business Machines Corporation (IBM) şirkətinin baş direktoru Arvind Krişna yaxın illərdə 8 minə yaxın insanı işdən çıxarmağı və süni intellektlə əvəzləməyi gözlədiklərini bildirib.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, Krişna şirkətin insan resursları kimi arxa ofis funksiyaları üçün işə qəbulu yavaşlatmağı və ya tamamilə dayandırmağı planlaşdırdığını izah edərək, bu müştəri ilə birbaşa üzləşməyən rolların hazırda təxminən 26 min işçiyə çatdığını deyib.
"Mən asanlıqla görə bilirəm ki, bunun 30 faizi beş il ərzində süni intellekt və avtomatlaşdırma ilə əvəzlənəcək" - deyən Krişna süni intellektlə bağlı işdən çıxarmaların təxminən 7,800 işçiyə təsir edə biləcəyini açıqlayıb.
IBM sözçüsü qeyd edib ki, şirkət hazırda bu vəzifələri tutan hər kəsi işdən çıxarmaq niyyətində deyil, lakin boşalmış iş yerləri artıq yenidən doldurulmayacaq.