Ermənistanda Osmanlı siyasi və hərbi liderlərinin və Azərbaycan rəsmilərinin qətlinin səbəbkarlarına həsr olunmuş Nemesis abidəsinin açılışı ilə əlaqədar Türkiyənin hava məkanı erməni təyyarələri üçün bağlanıb.
Sitat.info-nun məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu abidədəki təxribata “Bunu qəbul etməyim mümkün deyil. Biz hava məkanımızı erməni təyyarələri üçün bağlamışıq” - deyərək sərt reaksiya verib.
Qeyd edək ki, aprelin 25-də Ermənistanın paytaxtı İrəvanda 1920-ci illərdə Osmanlı siyasi və hərbi liderlərinə və Azərbaycan siyasətçilərinə qarşı həyata keçirilən sui-qəsdlərdən ibarət “Nemesis” adlı əməliyyata həsr olunmuş abidənin açılışı olub./Manset.az