General, millət vəkili FHN Akademiyasında - Foto

14:46 3 May 2023

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi - idarəçilik və varislik fəlsəfəsinin təbliği” mövzusunda tədbir keçirilib.

Sitat.info xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Akademiyanın rəisi general-mayor Baba Salayev, FHN-in digər məsul şəxsləri, ali təhsil müəssisəsinin professor-müəllim heyəti və kursantları iştirak edib.

Əvvəlcə, konfrans iştirakçıları Ümummili lider Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Bundan sonra Heydər Əliyev Mərkəzinə baş çəkərək, akademiyanın muzeyində olublar.

Sonra tədbir iştirakçıları Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş kitab və jurnallardan ibarət sərgi ilə, həmçinin Milli Məclisin komitə sədri Sadiq Qurbanovun “Zamana sığmayan Lider” kitabının və Akademiyanın yaradılmasının 15 illik yubileyi ilə bağlı nəşr edilmiş jurnalla tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxışlardan əvvəl Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib, dövlətimizin qurulması və güclənməsi istiqamətində titanik fəaliyyətindən söz açıb:

"Bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev Azərbaycanın güclü iqtisadiyyata malik hüquqi dövlət olması uğrunda böyük addımlar atıb.

Həmçinin, Ümummili liderin ən böyük xidmətlərindən biri də onun müdrik siyasətinin uğurla davam etdirə biləcək layiqli davamçı yetişdirməsi olub. Dahi Rəhbərin mütərəqqi siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilmiş genişmiqyaslı və davamlı islahatlar nəticəsində Azərbaycan beynəlxalq birliyin nüfuzlu subyektlərindən birinə, regionun liderinə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları müvəffəqiyyətlə başa çatıb və düşmən tapdağında olan tarixi torpaqlarımız işğaldan azad olunub. Bütün azərbaycanlılar bu gün tarixi qələbəmizə görə qürurludur".

Milli Məclisin deputatı, komitə sədri Sadiq Qurbanov Dahi rəhbərin şəxsi keyfiyyətlərindən və liderlik məziyyətlərindən söz açaraq onun xalqın müqəddəratı üçün yorulmaz fəaliyyətinin əhəmiyyətindən ətraflı danışıb:

“Heydər Əliyev Azərbaycanın tarixi varislik prinsipi əsasında inkişafının hardan başlayıb, harada bitdiyini çox gözəl bilirdi. Azərbaycanın müstəqilliyi haqda "Bizdən əvvəlkilər həmişə müstəqillik arzulamış və bunun uğrunda mübarizə aparmışdılar" fikrini məhz təhlükəsizlik orqanında işlədiyi vaxtda deyən Heydər Əliyev sanki nə zamansa bunun baş verəcəyini görürdü".

Tədbirdə çıxış edən digər şəxslər də Ümummili liderin ölkə və xalq qarşısında misilsiz xidmətlərinin əhəmiyyətindən danışıblar./ Axar.az



Xəbər xətti