Ermənistan mətbuatı “Qafqazda yeganə demokratik ölkə” olduqları barədə rəvayətləri fəal şəkildə tirajlamaqla məşğuldur. Tezis əsasən Qərb oxucusu üçün nəzərdə tutulub və buna görə də o, daha çox yerli medianın ingilisdilli versiyalarında yer alır. Amma əslində Ermənistan təqiblər, repressiya və açıq məhkəmələr reallığında yaşayır.
Sitat.info xəbər verir ki, bu barədə ukraynalı siyasi və iqtisadi şərhçi Svetlana Kuşnir yazır.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan hamıya “demokratiyanın Ermənistanın əsas beynəlxalq brendi və ölkənin suverenliyini qoruyan əsas amil” olduğunu bəyan etdiyi bir zamanda, Qərb mətbuatı artıq İrəvanın Moskvaya sanksiyalardan yayınmaqda necə kömək etdiyi və ümumiyyətlə Rusiya üçün nəqliyyat və hərbi hab olması barədə bir sıra materiallar dərc edib.
Ermənistanın klassik Şərq avtokratiyası olaraq qalmasını ayrı-ayrı erməni siyasətçilərinin açıqlamaları və çoxsaylı faktlar da sübut edir.
Ermənistanın 18 qeyri-hökumət təşkilatı birgə bəyanatda hökuməti yeni yaranan demokratik əsasların möhkəmləndirilməsi və seçki institutlarının yaradılması istiqamətində müsbət tendensiyaları məhv etməkdə ittiham edir. Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan deyir ki, Ermənistan hökuməti qanunun aliliyinin fundamental prinsiplərini, təqsirsizlik prezumpsiyasını və söz azadlığını pozur. Ermənistan Respublika Partiyasının sədr müavini Ruben Melikyan da siyasi təqiblərdən danışır, Ermənistan parlamentinin İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri Taquhi Tovmasyan isə qeyd edir ki, hökumət beynəlxalq ictimaiyyəti hər gün aldadır ki, Ermənistan demokratik ölkədir.
Siyasi şərhçi hesab edir ki, Ermənistanda “demokratiya” reallığı müxalifətçi deputat Armen Çarçanın həbsxanada saxlanması və müxalifət parlament fraksiyasının rəhbəri Artur Vanetsyanın smartfonunda aşkar edilmiş “Pegasus” hakerlərinin izlənilməsi proqramlarından istifadə etməsindədir. Bunlar mətbuatın sıxışdırılması, “saxta” cinayət işlərinin başlanması, “arzuolunmaz şəxslər”in ölkəyə buraxılmaması, fəalların həbsidir./ Report