Nadejda Kokotoviç: “Avropanın Azərbaycandan qaz tədarükünə böyük ümidləri var”

20:40 3 May 2023

“Avropanın təkcə indi yox, həm də növbəti onilliklər üçün Azərbaycandan qaz tədarükünə böyük ümidləri var”.

Sitat.info xəbər verir ki, bunu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəlmiş Brüssel Enerji Klubunun direktoru Nadejda Kokotoviç deyib.

Onun sözlərinə görə, bu beynəlxalq konfrans Azərbaycanın Avrasiya regionundakı rolunu, onun digər ölkələrlə əlaqələrini müzakirə etmək üçün unikal imkandır.

“Prezident İlham Əliyevin suallarımıza cavablarını dinləmək inanılmaz dərəcədə maraqlı oldu. Suallar təkcə qaz təchizatı ilə bağlı deyildi, həm də Azərbaycanın həyata keçirdiyi digər strateji layihələrlə bağlı idi”, - o bildirib.



Xəbər xətti