“Ali Radanın 20-yə yaxın deputatı hazırda xaricdədir. Eyni zamanda, 9 deputat Avropa Şurasında ezamiyyətdədir”.
Musavat.com Lent.az-a istinadən xəbər verir ki, bunu Ali Rada sədrinin birinci müavini Aleksandr Kornienko telemarafonda bildirib.
O, ölkəni tərk edən deputatlarla bağlı müxtəlif rəqəmlərin olduğunu deyib:
“İndi dəqiqləşdirməyəcəyəm. 20-yə yaxın deputatı Ukraynada yoxdur. Yaxın vaxtlarda məlum əməkdaşlıq fəaliyyəti haqqında qanun qüvvəyə minən kimi Ukrayna Təhlükəsizlik Xidməti satqın deputatlarla da məşğul ola biləcək”.
Qeyd edək ki, martın 3-də Ali Rada əməkdaşlıq fəaliyyətində iştirak edən şəxslərin məsuliyyətinə dəyişiklik edilməsi haqqında qanun qəbul edib.