Pensiya ilə bağlı bu addım atılmayacaq

13:57 4 May 2023

Fransızlar pensiya islahatı ilə bağlı referendumdan imtina ediblər.

Sitat.info xəbər verir ki, Fransanın Konstitusiya Şurası müxalifətin pensiya islahatı ilə bağlı referendum keçirməkdən imtina edib. Bu barədə "France24" telekanalı məlumat yayıb.

Şuranın qərarına əsasən, solçu müxalifətin islahatın ləğvi və ya ona yenidən baxılması üçün referendum keçirilməsi tələbi Fransa Konstitusiyasında göstərilən şərtlərə cavab vermir.

Aprelin 17-də Fransa prezidenti Emmanuel Makron televiziya ilə ölkə xalqına müraciəti zamanı hakimiyyətin fransız xalqının rifahına yönələcək üç əsas fəaliyyət istiqamətini açıqlayıb.

Qeyd edək ki, aprelin 15-də Fransa lideri pensiya islahatı haqqında qanunu imzalayıb, sənəd dərc edilib və qüvvəyə minib. Bu qanun pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.



Xəbər xətti