Heydər Əliyev bu vəzifədən niyə imtina etmişdi?

14:22 4 May 2023

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov geniş məqaləsində Azərbaycan Dövlət Təhlükəsilik Komitəsinin sədri olmuş Vladimir Yefimov Semiçastnının Ümummilli lider Heydər Əliyev haqda olan bir xatirəsinə də yer verib.

Sitat.info sözügedən xatirəni təqdim edir:

Azərbaycanın baş prokuroru vəzifəsi boşalmışdı. Semiçastnı namizədlər seçməyi tapşırmışdı. Müzakirə üçün namizədliyi MK-ya təklif edilənlər arasında tanış soyadı - Əliyev Heydər Əlirza oğlu sözlərini görəndə, göstəriş verdi ki, onu söhbət üçün dəvət etsinlər. Semiçastnı Əliyevi səhhəti, qulluğu, ailəsi barədə sorğu-suala tutdu. Cavablar qənaətbəxş idi.

- Əgər sizə respublika prokuroru vəzifəsini təklif etsək, buna necə baxarsınız? - deyə soruşdu.

- Prokuror? - Əliyev fikrə getdi. O, zahirən həyəcansız görünsə də, Semiçastnı başa düşürdü ki, indi onun daxilində bir təlatüm yaşanır.

- Vladimir Yefimoviç, istəyirsiniz düzünü deyim?

- Bu divarlar arasında başqa cür danışmırlar.

- Bilirsinizmi, mən təhsil etibarilə hüquqşünas deyiləm. Əməliyyat işçisiyəm. Odur ki, belə bir məsuliyyəti üzərimə götürmək istəməzdim. Özümü də, sizi də pis vəziyyətdə qoya bilərəm. Ən əsası da işə ziyan dəyər.

Semiçastnı sonralar xatırlayırdı ki, belə səmimi etiraf onu heyrətləndirmişdi. Axı, yüksək vəzifədən kim imtina edərdi?

- Eybi yox, yoldaş Əliyev, səmimiyyətinizə görə sağ olun. Sizin mövqeyiniz hörmətə layiqdir.

Semiçastnı, özünün dediyinə görə, Əliyevi daha narahat etməmiş, bu vəzifəni tutmasını təkid etməmişdi. Onun mövqeyi Moskva canişininin çox xoşuna gəlmişdi./ Axar.az



Xəbər xətti