Bu gün saat 10:17 radələrində Bakı-Şamaxı yolunun 21-ci km-də Allahvürdiyev Vüqar Vahid oğlunun idarə etdiyi "İsuzu" markalı 77-JD-470 nömrə nişanlı yük avtomobili piyada zolağından yolu keçməkdə olan 1996-cı il təvəllüdlü Əzməmmədova Əfsanə Aydın qızını və onun 3 yaşlı qızı Əzməmmədova Aylin Murad qızını vurub. Hadisə nəticəsində Əfsanə Əzməmmədova həyatını itirib, azyaşlı qızı isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bir daha bütün sürücülərdən yollarda sürət həddinə ciddi əməl etməyi, sükan arxasında telefondan istifadə etməməyi və piyada keçidlərinə yaxınlaşdıqda diqqətli olmağı xahiş edib. "Nəzərə alsınlar ki, yolda ani bir diqqətsizlik sonda ağır bir faciyəyə səbəb olur."
Sitat.info yol qəzanın görüntülərini təqdim edir:
https://www.youtube.com/watch?v=Tek2NGa2EJs